Azərbaycanın müdafiə naziri Türkiyədə

post-img

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir.

Səfər çərçivəsində general-polko­vnik Z.Həsənov növbəti buraxılış mə­rasimində iştirak etmək üçün Türkiyə Respublikasının Quru Qoşunları Ali Hərbi Məktəbinə gəlib.

Türkiyə Respublikasının milli müda­fiə naziri Yaşar Gülərin, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədo­vun və digər rəsmilərin də iştirak etdi­yi tədbirdən əvvəl məktəbin “Şəhidlər qapısı”nda azərbaycanlı və türkiyəli şəhid məzunlarının adları əks olunan lövhələrin qarşısında xatirə fotosu çək­dirilib.

Təntənəli mərasimdə Türkiyə Res­publikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları bu­raxılış münasibətilə təbrik edib.

XQ

Son xəbərlər