Şərurda kənd sakinləri ilə görüş

post-img

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Çərçiboğan kəndində olub, sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.

Fuad Nəcəfli Şərur rayonunda bir neçə dəfə sakinlərlə görüşdüyünü bildirib, həmin görüşlərdə qaldırılan məsələlər və onların həlli istiqamətində görüləcək işlər barədə Çərçiboğan kənd sakinlərini mə­lumatlandırıb. Sonra iştirakçılar muxtar respublikanın ümumi inkişafı, rayon və kəndin problemləri ilə bağlı mülahizələri­ni, arzu, təklif lərini bildiriblər.

Görüşdə 41 kənd sakininin şikayəti dinlənilib, bütün müraciətlərin bir çoxu ye­rində həllini tapıb, yerdə qalanları qeydə alınıb.

Səbuhi HƏSƏNOV,

“Xalq qəzeti”

Naxçıvan



Son xəbərlər