İşsizlər üçün kiçik biznes imkanı

post-img

Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək la­yihəsi” çərçivəsində Sabirabad rayonunda layihə iştirakçılarına seçdikləri isteh­sal və xidmət sahələri üzrə avadanlıqlar verilib. Bu barədə Əmək və Əhalinin So­sial Müdafiəsi Nazirliyindən aldığımız xəbərdə bildirilir.

Qeyd edilir ki, həmin rayon və ətraf bölgələr üzrə daha 20-yə yaxın işsizə ak­tivlər verilməklə onlar üçün kiçik biznes imkanı yaradılıb. Layihəyə cəlb olunanlar ilkin mərhələdə onlar üçün təşkil edilən təlimlərdə iştirak ediblər. Sonda keçirilən qiymətləndirmə prosesində biznes plan­larını müdafiə edənlərə avadanlıq verilib, kiçik biznes qurmalarına dəstək göstəri­lib.

Zərifə HÜSEYNOVA,
XQ

Sosial həyat