Həssas qrupun məlumat sistemi

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Fərdi Reabilitasiya və Abilitasiya Proqramının (FRAP) tətbiqi üzrə yeni altsistem istifadəyə verib.

Qeyd edək ki, FRAP-da əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pe­daqoji reabilitasiyası və sosial bacarıq­larının inkişafı ilə əlaqədar kompleks tədbirlər əhatə olunur. Yeni altsistemdə də əlilliyi olan şəxslərlə bağlı məlumatlar əks olunacaq. Bu əlillərin yaşayış yerləri, bacarıqları, onlarla bağlı nəzərdə tutulan reabilitasiya və abilitasiya tədbirləri, elə­cə də reabilitasiya vasitələri və xidməti, sanator-kurort yollayışları, minik avtomo­bilinin verilməsinə dair tibbi göstərişlər daxildir.

Qeyd olunan tədbirlər e-formada na­zirliyin mərkəzləşdirilmiş elektron infor­masiya sistemi vasitəsilə daxili icraçılara yönəldilir. Altsistem göstərilən sahədə çevik məlumat mübadiləsinə, aidiyyəti qurumların əlaqəli fəaliyyətinin, ümumən, reabilitasiya tədbirlərinin daha səmərəli və təkmil təşkilinə imkan verir. Bununla qeyd olunan proqramın tərtibi və həyata keçirilməsinə daha çevik nəzarət etməyə şərait yaranır.

Həmin tədbirlərin nəticələri barədə məlumat vətəndaşların e-sosial portalın­dakı elektron kabinetlərində əks oluna­caq.

Zərifə HÜSEYNOVA,
XQ

Sosial həyat