DOST-un rəqəmsal savadlılıq təlimi

post-img

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi bölgələrdə əhalinin sosial sahə üzrə elektron xidmətlərə dair savadlılığının artırılması üçün təlimləri davam etdirir. Növbəti təlim Beyləqan rayonunda Tarix Muzeyi Mərkəzində keçirilib.

Təlimdə yerli sakinlərə sosial sahə üzrə e-xidmətlər və onlardan istifadəyə dair praktik məlumatlar verilib. Təlimin ardınca Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayonundakı qəbul şöbəsində vətəndaşlar üçün yardım masaları təşkil olunub. Filiala yaxınlaşan və e-xidmət­lərlə bağlı sualları olan vətəndaşlara rəqəmsal dəstək göstərilib. 

Bu tədbirlər Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Korrupsiya­ya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliy­yət Planı” üzrə Tədbirlər Planının müva­fiq bəndinə əsasən təşkil olunur. Məqsəd regionlarda əhalinin rəqəmsallaşma is­tiqamətində bilik və bacarıqlarının artırıl­masıdır. 

Xatırladaq ki, indiyədək Bərdə, Füzu­li, Göygöl, Daşkəsən, Goranboy, Balakən və Zaqatala rayonlarında belə təlimlər keçirilib. Gələcəkdə digər bölgələrdə də rəqəmsal savadlılığın təşkili nəzərdə tu­tulub.

Zərifə HÜSEYNOVA,
XQ

Sosial həyat