Qabonda çevriliş

post-img

Mərkəzi Afrika ölkəsi olan Qabonda bir qrup yüksək­rütbəli hərbçi tərəfindən dövlət çevrilişi edilib. BBC xəbər verir ki, bu ölkənin dövlət başçısı Əli Bonqo­nun üçüncü dəfə prezi­dent seçkilərində qalib gəlməsindən dərhal sonra hərbçilərdən ibarət qrup onun prezidentliyini tanıma­dığını və bütün hakimiyyəti öz əllərinə aldığını bəyan edib. 

“Gabon-24” telekanalında çıxış edən hərbçinin bəyanatına hökumət­dən cavab gəlməyib. Hərbçilər bil­diriblər ki, hökumətin, parlamentin, seçki komissiyasının fəaliyyəti qada­ğan edilir.

Bu, 2020-ci ildən bəri Qabonda baş vermiş səkkizinci çevrilişdir. Bun­dan əvvəl Mali, Burkina-Faso, Çad və Nigerdə də hərbi çevrilişlər olub.

“Xalq qəzeti”

Dünya