Ukrayna silah sənayesini gücləndirəcək

post-img

Təxminən il yarımdır Rusiya işğalına müqavimət göstərən Ukrayna silah sənayesini inkişaf etdirmək qərarına gəlib. UNİAN agentliyi yazır ki, dünən yayımlanan videomüraciətdə hökumətin yeni silah istehsalı strategiyası ilə bağlı açıqlama verən Ukrayna Prezidenti Volodimir Zelenski silah istehsalında maksimum artım olacağını bildirib.

Zelenski Ukraynada artilleriya silahları və sursatları ilə yanaşı, pilotsuz uçuş aparat­ları (PUA), raketlər və zirehli texnikaların da istehsal ediləcəyini qeyd edib.

“İstehsalın miqyasını maksimuma çatdırırıq. Ukrayna bunu edə bilər. Maliyyələş­dirmə hazırdır. Müdafiə sənayemiz yaxşı nəticələr əldə edəcək”, – deyə o vurğulayıb.

Əvvəlki açıqlamalarında Ukrayna administrasiyası məqsədlərinin ölkəni ən böyük silah istehsalçılarından birinə çevirmək olduğunu bildirmişdi.

Zelenski, həmçinin həftəlik videomüraciətində istehsalı artırmaq üçün silah sənaye­si nümayəndələri ilə görüşdüyünü ifadə edib.

“Xalq qəzeti”

Dünya