Cəlilabadda suvarma kanalları təmizlənir

post-img

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə, 11 min hektardan artıq əkin sahəsinə xidmət edən Cəlilabad Suvarma Sistemləri İdarəsində ilin əvvəlindən etibarən suvarma mövsümünə ciddi hazırlıq işləri görülüb, bütün meliorativ tədbirlər yekunlaşıb. 

Qeyd edək ki, adıçəkilən idarə sahələrin suvarılması üçün mənbə olaraq Cənubi Mu­ğan kanalı və 3 ədəd su anba­rından istifadə edir. Balansda olan suvarma kanallarınının bö­yük əksəriyyəti torpaq məcralı olduğundan mütəmadi olaraq lildən və kol-kosdan təmizlənir. Bununla da, suyun axını ma­neəsiz olaraq təmin edilir, əkin sahələrinin suvarılması yaxşı­laşdırılır. 

Hazırda Cəlilabad Suvarma Sistemləri İdarəsinin balansın­da 495 hektar əkin sahəsinə xidmət edən 112-ədəd subarte­zian quyusu və 12 ədəd nasos stansiyası var ki, bunların da hər birinə baxış keçirilərək təmir olunur. Subartezian quyularının dərinlik nasosları, nasos stan­siyaların isə nasos aqreqatları daim saz vəziyyətdə saxlanılır. Bununla yanaşı, kanallar üzə­rində olan hidrotexniki qurğular da təmir işləri aparılır. İlin əv­vəlindən aparılan işlər çərçivə­sində 3 nasos stansiyası, 15 subartezian quyusu, 18 hidro­texniki qurğu və 1,5 kilometr nov kanal cari təmir olunub.

“Xalq qəzeti”

Son xəbərlər