Bir yanğın da olmasın!

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.

Bu çərçivədə, Ağ­dam Dövlət Aqrar İnki­şaf Mərkəzində, Zən­gilan rayonunun Ağalı kəndində yerləşən “Gill MED” MMC Steril və Qeyri Steril Tibbi Va­sitələrin İstehsalı Müəs­sisəsinin filialında, Ağalı kənd Ailə Sağlamlıq Mərkəzində, “Horadiz–Əhmədbəyli–Mincivan- Ağbənd avtomobil yolu­nun tikintisini icra edən “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletme­si” şirkətinin və Füzuli və Zəngilan rayonları­nın ərazisində “Hora­diz–Ağbənd” dəmiryolu xəttinin tikinti işlərində çalışan fəhlə və qul­luqçular arasında, Ağ­cabədi və Bərdə Meşə Təsərrüfatı mərkəzləri­nin ərazisində yerləşən obyektlərdə yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə yanğın­ların başvermə səbəblə­ri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qayda­ları barədə məlumat ve­rilib və ilkin yanğınsön­dürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdiri­lib, mövzu ilə bağlı ge­niş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Həmçinin, Bərdə Rayon İcra Hakimiyyəti başçısının Mollalı, Şir­vanlı, Kolayır və Meh­dixanlı kəndləri ərazi inzibati vahidi üzrə nü­mayəndələrinin, bələ­diyyə sədrlərinin və kənd əhalisinin iştirakı ilə keçirilən tədbirlərdə həyətyanı sahələrdə ot tayalarının yığılması zamanı yanğın təhlükə­sizliyi qaydalarına əməl olunmasının, biçilmiş taxıl sahələrinin yandı­rılmamasının vacibliyi vurğulanıb, meşələrdə yanğından mühafizə məqsədilə şumlama iş­ləri görülüb.

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər