Sverdlovsk vilayətinin qubernatoru üzr istədi

post-img

Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş tədbirdə iştirak edən Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodin qalmaqalı ilə bağlı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya üzrxahlıq edib.

Regionun informasiya siyasəti depar­tamentinin məlumatına görə, Kuyvaşev məsələnin həll olunacağına ümid etdiyini bildirib. Kütləvi informasiya vasitələrinin məlumatına görə, bu qalmaqaldan sonra Volodin şəhər dumasının yeni çağırışında spiker olmayacaq.

Qeyd edək ki, bundan əvvəl ölkəmizin Rusiyadakı Səfirliyi Yekaterinburq şəhə­rində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlamış­dı. Bundan başqa, səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yev­geni Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və qəti etirazını əks etdirən məktub göndərmişdi. 

XQ

Son xəbərlər