Avropa Məhkəməsi Vaqif Xaçatryanla bağlı müraciəti rədd etdi

post-img

Avropa Məhkəməsi sülh və insanlıq əleyhinə cinayətləri törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanla bağlı Ermənistanın müraciətini də rədd edib.

XQ xəbər verir ki, bunu Azərbaycan Republikasının İnsan Hüquqları üzrə Av­ropa Məhkəməsi yanında səlahiyyətli nü­mayəndəsi, Ali Məhkəmənin sədr müavi­ni Çingiz Əsgərov bildirib. O, qeyd edib ki, bu, bir ayda Ermənistanın rədd edilmiş artıq dördüncü müraciətidir.

Qeyd edək ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da “Laçın” sərhəd-buraxılış məntəqə­sində saxlanılıb.

Son xəbərlər