XİN Fransanı təxribata son qoymağa çağırır

post-img

Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın bölgədə sülh və sabitliyə xidmət etməyən, birtərəfli ermənipərəst mövqe sərgiləyən bu kimi açıqlamaları qəbuledilməzdir.

Bunu Xarici İşlər Nazirliyinin mət­buat katibi Ayxan Hacızadə Katrin Kolonanın səfirlər konfransında çıxışı zamanı səsləndirdiyi fikirlərə dair yerli medianın sualına cavab olaraq deyib.

“Ermənistanın 30 ilə yaxın müddət­də Azərbaycan torpaqlarının işğalına, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, soyqırımı və kütləvi qırğınların həyata keçirilmə­sinə, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilmə­sinə və hüquqlarının tapdalanmasına, 2020-ci il müharibəsindən sonra isə Ermənistanın həyata keçirdiyi hərbi-si­yasi təxribatlara son qoymaması, kimi faktlara göz yumulması qanunsuz və qeyri-əxlaqi yanaşmanın nü­munələridir”, – deyə Azərbay­can XİN rəsmisi diqqətə çatdı­rıb.

O qeyd edib ki, Azərbay­can Respublikası milli qanun­vericiliyi çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ölkəmizin siyasi, so­sial və iqtisadi sferalarına rein­teqrasiyası istiqamətində səy göstərir və bu səylərə qarşı maneçilik törədilməsi, guya er­məni sakinlərin bölgədən qo­vulması istiqamətində siyasət həyata keçirildiyi barədə iddi­alar səsləndirilməsi tamamilə yanlışdır.

“Bir daha Fransa tərəfini bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymağa çağırırıq”, – deyə Ayxan Hacızadə vurğulayıb. 

Qeyd edək ki, Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona səfirlər konfransında çıxışı zamanı “Dağlıq Qa­rabağın əhalisinə orada yaşamaq im­kanı verilməsi, habelə onların hüquq­larına, mədəniyyətlərinə və tarixlərinə hörmət edilməsi istiqamətində səylərin səfərbər olunduğunu” və “Dağlıq Qa­rabağdan ermənilərin kütləvi axınının təhrik olunması məqsədilə həyata ke­çirilən sıxışdırılma strategiyasının qa­nunsuz və qeyri-əxlaqi olduğunu” bil­dirib.

“Xalq qəzeti”

Siyasət