5 tondan çox narkotik vasitə məhv edilib

post-img

Yanvar-iyul ayları ərzində hüquq mühafizə orqanlarının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6696 cinayət faktı aşkarlanıb. Onlardan 2335-i narkotik vasitələrin qanunsuz satışı, 4112-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 219-u qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. 

Bu barədə “XQ”yə Dövlət Komissi­yasından məlumat verilib.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən, ümumilikdə, 5 ton 141 kiloqram 918,699 qram narkotik va­sitələrin və psixotrop maddə müsadirə olunub. 

Hesabat dövründə aidiyyəti qurum­ların nümayəndələrinin iştirakı çəkisi 210 tondan çox olan narkotik tərkibli bitkilər müəyyən olunaraq məhv edilib.

Hüquq-mühafizə orqanları tərəfin­dən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 165 fakt aşkarlanıb. 

2023-cü ilin yanvar-iyul ayları ərzin­də qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin və psixotrop mad­dələrin ümumilikdə dəyəri 225 milyon 99 min 265 manat kimi qiymətləndirilir.

XQ

Son xəbərlər