Musa Qurbanlı İsveç çempionatının rəmzi komandasında

post-img

Azərbaycan millisinin və “Yurqorden”in futbolçusu Musa Qurbanlı İsveç çempionatında XXI turun rəmzi komandasına düşüb.

XQ İsveç mediasına istinadən xəbər verir ki, “Degerfors”la görüş­də iki qol, bir məhsuldar ötürmə ilə yadda qalan 21 yaşlı forvard ən yaxşı üç hücumçudan biri seçilib.

Onun performansı 8,7 balla qiymətləndirilib.

Qeyd edək ki, “Yurqorden” “De­gerfors”u 4:1 hesabı ilə məğlub edib.

XQ

İdman