Laçın təkcə tarixi sakinlərinin deyil, bütün xalqımızın sevgi ünvanıdır

post-img

Zəfər savaşında Azərbaycanın hərbi üstünlüyü düşmənin silahı yerə ataraq kapitulyasiya sənədinə imza atmasına səbəb oldu. Faktik olaraq təslimçiliyi etiraf edən Ermənistan hökuməti 10 noyabr 2020-ci ildə imzaladığı sənəddə ordumuzun gücü qarşısında tab gətirməyəcəyini dərk edərək işğal olunmuş ərazilərin bir hissəsini könüllü olaraq boşaltmaq öhdəliyi götürdü. Bu öhdəliyin prosedur qaydalarına uyğun olaraq 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Silahlı Qüvvələrimizin nəzarətinə altına keçdi. Laçının işğaldan tam azad edilməsi və burada Azərbaycanın suveren hüquqlarının bərpa olunmasının təsdiqi kimi üçrəngli bayrağımızın qaldırılması Vətən müharibəsindəki Zəfərimizin daha bir təsdiqinə çevrildi. 

Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib. 

Deputat bildirib ki, bu tarixi hadisənin ardınca ordumuzun Laçında yerləşməsi ilə üç onillik ərzində qaçqınlıq və  məcburi köçkünlük taleyi yaşayan laçınlıların doğma yurd yerlərinə qayıdacaqları günü də yaxınlaşdırdı. Prezident İlham Əliyev Laçın şəhərinin, Sus və Zabux sakinlərinin geri qaytarılmasına hazırlıq işlərinin görülməsi barədə müvafiq qurumlara tapşırıqları nəzərdə tutulan layihələrin icrasının intensiv şəkildə davam etdirilməsi ilə nəticələndi. 

Beləliklə,  Prezident İlham Əliyevin birbaşa nəzarəti altında Laçın şəhəri və onun ətraf kəndlərində geniş quruculuq işlərinin görülməsi ilə rayona soydaşlarımızın qayıdışına start verildi. 

Qeyd olunduğu kimi Laçına yola salınan ilk köç karvanı məcburi köçkünlər üçün salınmış “Qobu park- 3” yaşayış kompleksindən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayan vətəndaşlarımız olub və bu proses indi də sürətlə davam edir. Tarixi yurd yerlərində məskunlaşmağın xoşbəxtliyini yaşayan keçmiş məcburi köçkünlərimiz paralel olaraq burada dövlət qayğısı ilə tam əhatə olunublar.

Deputat sonda qeyd edib ki, Laçın şəhəri Azərbaycanın Zəfər savaşındakı möhtəşəm qələbəsinin rəmzi olmaqla yanaşı, həm də dövlətimizin iqtisadi qüdrətinin  göstəricisidir. Bu gün Prezident İlham Əliyevin mükəmməl daxili və xarici siyasəti işğaldan azad olunmuş ərazilərimizdə dövlətimizin gücünü tam şəkildə göstərir. 

Təqvimimizin hüzn, kədər, nisgil dolu işğal günlərini bizə unutduraraq müstəqillik tariximizi şərəfləndirən Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 26 avqust – Laçın şəhəri günüdür.

Etiraf edək ki, bir zamanlar Laçının azadlığa qovuşmasına hamı yuxu kimi baxırdı. Prezident İlham Əliyevin yürutdüyü uğurlu diplomatiyanın qalibiyyəti ilə azad olunan Laçın hazırda təkcə tarixi sakinlərinin deyil, bütün xalqımızın sevgi ünvanına çevrilib. Məhz bu fantastik qəhrəmanlığa görə xalqımızın Laçına, Vətənə olan məhəbbəti  müzəffər Ali Baş Komandanına olan sevgisi ilə eynidir. Bu isə dünyada çox az liderə nəsib olan xoşbəxtlikdir.

Son xəbərlər