Müdafiə Nazirliyinin məlumatı

post-img

Avqustun 22-si saat 12:00-dan 12:25-dək Ermənistan silahlı qüv­vələrinin bölmələri Basarkeçər ra­yonunun Əzizli, Aşağı Şorca və Dərə yaşayış məntəqələri istiqamətlərin­də yerləşən mövqelərindən Ordu­muzun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd ya­şayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlar­dan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xid­mətindən “XQ”-yə bildirilib ki, Azər­baycan Ordusunun bölmələri tərəfin­dən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

***

Rusiya sülhməramlı kontingen­tinin müvəqqəti yerləşdiyi Azər­baycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbay­can Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraş­dırıb.

Müdafiə Nazirliyinin mətbuat xid­mətindən bildirilib ki, hərbi qulluq­çularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qey­ri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb.

***

Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordu­sunun hərbi qulluqçusu Nəzərov İsmət Ramiz oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nə­ticəsində yüngül yaralanıb. Ona dərhal ilkin tibbi yardım göstərilib və hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

Azərbaycan Ordusunun böl­mələri tərəfindən qəti cavab tədbir­ləri görülür.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər