Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə telefonla danışıb

post-img

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə regiondakı vəziyyəti müzakirə edib.

Bu barədə “XQ”-yə Mü­dafiə Nazirliyindən məlumat verilib.

Belə ki, avqustun 22-də Azərbaycanın müdafiə na­ziri, general-polkovnik Zakir Həsənovla İran İslam Res­publikasının Silahlı Qüvvələ­rinin Baş Qərargah rəisi ge­neral-leytenant Məhəmməd Hüseyn Baqerinin təşəbbüsü ilə telefon danışığı olub.

Tərəflər regiondakı vəziy­yət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasın­da hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Son xəbərlər