Rəsmi qarşılanma mərasimi

post-img

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqları­nın dalğalandığı meydanda Özbəkis­tan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Öz­bəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı qar­şıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Özbə­kistan Prezidentinə raport verdi.

Prezident Şavkat Mirziyoyev Azər­baycan əsgərlərini salamladı. 

Dövlət başçıları fəxri qarovul dəstə­sinin qarşısından keçdilər. 

Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. 

Azərbaycan nümayəndə heyəti Öz­bəkistan Prezidenti Şavkat Mirziyoyevə və xanımı Ziroatxon Mirziyoyevaya, Öz­bəkistan nümayəndə heyəti isə Azər­baycan Prezidenti İlham Əliyevə və bi­rinci xanım Mehriban Əliyevaya təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçdi.

Dövlət başçıları və xanımları birgə foto çəkdirdilər.

AZƏRTAC



Rəsmi xronika