Pakistandan gətirilən pambıq toxumu əkiləcək

post-img

Növbəti ilin pambıq əkinləri üçün Pakistandan gətirilən “Super Cotton” pambıq sortundan istifadə olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən ve­rilən məlumata görə, bu sort bütün bio­loji, məhsuldarlıq və texniki göstəricilə­rinə görə digər sortlardan üstünlüyü ilə fərqlənir. 

Artıq “Super Cotton” sort toxumları becərilmə üçün bir sıra fermerlərə və pambıqçılıq ilə məşğul olan müəs­sisələrə paylanılıb. Təcrübə əkinlə­rində orta məhsuldarlığın 85–90 s/ha olması gözlənilir.

Bu sorta olan böyük marağı nəzərə alaraq fermerlər tərəfindən gələn ilin əkinləri üçün toxum sifarişləri verilib.

“Xalq qəzeti”

Son xəbərlər