Aqrar Sığorta Fondu kəndlinin dayağıdır

post-img

Fermerlərə 7 ayda 46 milyon manatadək güzəştli kredit verilib

7 ayda Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 4060 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib. Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına əsasən, cari ilin ilk yeddi ayında aqrar sektorda fəaliyyət göstərən 2302 fiziki və hüquqi şəxsə 45,8 milyon manat məbləğində güzəştli kredit verilib. Ötən ilin müvafiq dövründə isə bu cür güzəşt 147 nəfərə şamil edilib. Onların aldıqları güzəştli kreditin məbləği isə 9,9 milyon manat olub.

Verilən kreditlərin 34,5 milyon manatı texnika və avadanlıq təyinatlı, 250 min manatı güzəştli, 11 milyon manatı isə mikrokreditlərdir.

Bununla yanaşı, cari ilin yanvar-iyul ayları ərzində AKİA tərəfindən 1809 baş damazlıq heyvanın (933 baş iribuynuzlu, 876 baş xırdabuynuzlu) alışına 3,2 mil­yon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 49,6 milyon manat məbləğində güzəştli kredit ayrılıb. 

“Xalq qəzeti”

İqtisadiyyat