“Amnesty International” beynəlxalq təşkilatının ofisi qarşısında etiraz

post-img

London şəhərində yerləşən “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatının ofisi qarşısında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan Azərbaycan icması nümayəndələrinin dinc aksiyası keçirilib.

Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan aksiya Ermənistanın yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdinə etiraz məqsədilə gerçəkləşdirilib.

Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri BMT-nin Tbilisidəki ofisi qarşısında dinc aksiya keçiriblər.

Aksiya iştirakçıları BMT-dən Ermənistanın Azərbaycana qarşı etdiyi haqsızlıqlara, ekoloji terror, mina təhlükəsi və digər cinayətlərə münasibət bildirməyi tələb ediblər.

Aksiyada "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin, "Alyans" Gənclər Mərkəzinin, "Azərbaycan Evi"nin rəhbərliyi və üzvləri, eləcə də, ictimai fəallar iştirak ediblər.

“Xalq qəzeti”

 



Son xəbərlər