Ümummilli liderin xatirəsinə beynəlxalq cüdo turniri

post-img

Beynəlxalq Cüdo Federasiyasının qərarı ilə “Dünya Cüdo Turu” çərçivəsində bu il 22-24 sentyabrda Bakıda keçiriləcək Böyük dəbilqə yarışı ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr ediləcək.

Rəsmi olaraq “Heydar Aliyev Baku Grand Slam 2023” adlandırılacaq ya­rış Milli Gimnastika Arenasında baş tutacaq. Turnirdə 60-dan çox ölkədən 350-dən artıq idmançının iştirak etmə­si gözlənilir. Yarışın dünyanın 100-dən çox ölkəsinə canlı yayımlanması plan­laşdırılır.

BCF-in çox istisna hallarda icazə verdiyi bu hal ümummilli lider Heydər Əliyevin ölkəmizdə idmanın və cüdo­nun inkişafına verdiyi əvəzedilməz töhfənin beynəlxalq idman ictimaiyyəti tərəfindən də tanındığını göstərir.

“Xalq qəzeti”

Son xəbərlər