Ulu öndər hərbi hissələrdə anıldı

post-img

Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birgə Ulu öndərin 100 illik yubileyi münasibətilə Lənkəran və Cəlilabad rayonlarında yerləşən “N” saylı hərbi hissələrdə tədbirlər keçirib.

Hərbi prokurorluğun mətbuat xid­mətinin rəhbəri Firad Əliyev, Lənkəran Hərbi prokuroru Elşən Əli-Məmmədov, polkovnik Rauf Abdullayev, polkovnik Əli Əliyev, polkovnik-leytenant Fizuli Umarov və digər çıxışçılar ümummilli lider Heydər Əliyevin şərəfli və mə­nalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlən­məsində, xalqın rifahının yüksəldilmə­sində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

“Xalq qəzeti”

Son xəbərlər