Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib

post-img

Avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının bir qrupunun təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə dörd nəfər “Azərbaycan Bayrağı”, bir nəfər 2-ci dərəcəli “Rəşadət”, 2 nəfər 3-cü dərəcəli “Rəşadət”, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, beş nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 6 nəfər “Vətən uğrunda”, bir nəfər “İgidliyə görə”, 32 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar.

Dövlətimizin başçısının digər Sərəncamı ilə iki nəfərə “general-mayor” ali hərbi rütbələri verilib.

Son xəbərlər