Bu axşam “Neftçi” klubu ilə “Beşiktaş” komandası arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab matçının başlanma vaxtı dəyişdirilib.
Məlumata görə, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə 21:00-da yox, 22:00-da start götürəcək.
Qeyd edək ki, bunun hansı səbəbdən baş verdiyi hələlik tam məlum deyil.
Xatırladaq ki, “Neftçi Arena”da keçirilən ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.
Elçin ABBASOV,
“Xalq qəzeti”

