Qızıl Qaya massivində “Heydər zirvəsi”nə yürüş

post-img

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib.

Nazirlikdən bildirilib ki, yürüş işti­rakçıları Xınalıq kəndindən hərəkətə başlayaraq, Böyük Qafqaz sıra dağ­larının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3 min 751 metr hündürlükdə yerləşən sərt və mürəkkəb relyefə malik “Heydər zirvə­si”nə qalxaraq, Ulu öndərin unudulmaz xatirəsini dərin ehtiramla anıblar.

Ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünü əks etdirən xatirə lövhəsi zirvəyə yerləşdirilib və Azər­baycan Respublikasının Dövlət bayra­ğı ilə bərabər FHN-in rəmzi olan bay­raq da zirvədə dalğalandırılıb.

“Xalq qəzeti”

Son xəbərlər