Qarabağın erməni sakinləri sərhəd-buraxılış məntəqəsindən sərbəst keçiblər

post-img

Dünən Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub. Onlar sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə Ermənistana keçiblər.

Belə ki, Xankəndi-Gorus istiqamə­tində ümumilikdə BQXK-ya məxsus 9 nəqliyyat vasitəsi, 30 nəfər şəxsin (on­lardan 3 nəfəri BQXK-nin üzvü, 9 sürü­cü, 10 xəstə, 7 müşayiətçi, 1 tibb işçisi) Laçın DSBM-dən keçidi təmin olunub.

Xatırladaq ki, “Laçın” sərhəd-bu­raxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. 

“Xalq qəzeti”

 

Son xəbərlər