Avqust müharibəsi qurbanları anıldı

post-img

Dünən Gürcüstanda 2008-ci il avqust müharibəsinin 15-ci ildönümü qeyd olunur.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe aparatının rəhbəri polkovnik Fuad İbrahimov və səfirliyin əməkdaşları Muxatqverdidəki “Qardaşlıq qəbiristanlığı”nda müharibə qurbanlarının xatirəsini anıblar.

Qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi nəticəsində 228 mülki şəxs, 170 hərbçi və 14 polis həyatını itirib, 2232 Gürcüstan vətəndaşı isə yaralanıb. Gürcüstanın 263 min 598 vətəndaşına məcburi köçkün statusu verilib.

Bu müharibədən sonra Abxaziya və Cənubi Osetiyanı müstəqil ölkə elan olunub.

“Xalq qəzeti”

 

Son xəbərlər