Şuşa “Merlər sülh naminə” hərəkatına qoşulur

post-img

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Yaponiyanın Xirosima şəhərinin nüvə silahı ilə bombalanmasının 78-ci ildönümü münasibətilə həmin şəhərdə keçirilən tədbirdə iştirak edib.

Prezidentin xüsusi nümayəndəsini tədbirdə Azərbaycanın Yaponiyadakı sə­firi Gürsel İsmayılzadə müşayiət edib.

Sülh Memorialı Parkında keçirilmiş tədbirə Yaponiyanın Baş naziri Fumio Kişida, müxtəlif ölkələrdən olan rəsmilər qatılıblar.

Tədbirdən əvvəl şəhər meri KazumiMatsui ilə xüsusi nümayəndə AydınKərimov arasında görüş keçirilib,Xirosimanın merinə Şuşa şəhəri haqqın­da məlumat verilib. Eyni zamanda, Aydın Kərimov və Kazumi Matsui Şuşa şəhə­rinin “Merlər sülh naminə” hərəkatına qoşulmaq niyyəti barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Kazumi Matsuiyə Şuşa şəhəri ilə bağlı xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, “Merlər sülh naminə” hərəkatının əsası 1982-ci ildə Xirosima şəhərinin həmin vaxt meri olan Takeşi Arakinin təşəbbüsü ilə BMT-nin Baş As­sambleyasının iclasında qoyulub.

Hərəkat 1991-ci ildə QHT olaraq BMT İqtisadi və Sosial Təşkilatında (ECO­SOC) qeydə alınıb. Hazırda şəbəkənin 166 ölkədən 8271 şəhər üzvü var.

“Xalq qəzeti”

Son xəbərlər