Rusiya Müdafiə Nazirliyi: Ukrayna Qara Dəniz Donanmasının gəmilərinə hücum edib

post-img

Rusiya Müdafiə Nazirliyi avqustun 1-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin üç dəniz pilotsuz kateri ilə Qara Dəniz Donanmasının “Sergey Kotov” və “Vasili Bıkov” patrul gəmilərinə hücum etməyə cəhd etdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyindən "Kommersant"a verilən məlumata görə, hadisə Qara dənizin cənub-qərb hissəsində, Sevastopoldan 340 kilometr cənub-qərbdə baş verib. Zərərin olmadığı bildirilir.

“Hücumun dəf edilməsi zamanı düşmənin hər üç pilotsuz kateri Rusiya gəmilərinin standart silahlarından açılan atəşlə məhv edilib. Qara Dəniz Donanmasının “Sergey Kotov” və “Vasili Bıkov” gəmiləri öz tapşırıqlarını yerinə yetirməkdə davam edir”, - deyə hərbi idarənin açıqlamasında bildirilir.

S.ELAY,

"Xalq qəzeti"

Son xəbərlər