Diqqət! Diqqət! Göstərir “Qərbi Azərbaycan televiziyası!”

post-img

Son 200 ildə ağrı–acı və məşəqqətlərlə üzləşən və ötən əsrdə dörd dəfə öz ata–baba yurdundan didərgin salınan Qərbi Azərbaycanlıların sonuncu deportasiyası (1987-1991) zamanı - 1989-cu ildə yaradılmış Azərbaycan Qaçqınlar Cəmiyyətinin 2022-ci il avqustun 3-də Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkilatlanması və indiki Ermənistan ərazisindən zorla çıxarılan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə aktiv məşğul olması, həm də Qərbi Azərbaycan həqiqətlərinin mümkün geniş təbliğ edilməsinin vacibliyini artırır. Bu məqsədlə İcmanın nəzdində yeni “Qərbi Azərbaycan TV” internet televiziyası fəaliyyətə başlayır.

Bu gündən həftədə 4 dəfə saat 17:00-da iki saatlıq efirlə fəaliyyət göstərəcək kanalın Azərbaycan və rus dillərində bu­raxılışları nəzərdə tutulub. Gələcəkdə in­gilis dilində də efirin olması planlaşdırılır.

“İlk efirlərimizdən etibarən peşəkar komandamız və tanınmış aparıcılarımız­dan ibarət heyətimizin təqdim etdiyi “Mü­zakirə vaxtı”, bir-birindən maraqlı süjetlə­rimiz, Qərbi Azərbaycan mədəniyyətinə dair verilişlərimiz, soydaşlarımızın ağrı–acısını əks etdirən insan hekayələrimiz, o cümlədən həmin verilişlərin rus versiyası və “Время дискуссии” proqramları ilə son 200 ildə soydaşlarımızın, tarixi-mə­dəni abidələrimizin, toponimlərimizin üz­ləşdiyi haqsızlıq, eləcə də qarşıda daya­nan geri qayıdış məqsədi və məramına dair zəngin efir izləmək imkanınız olacaq.

Qərbi Azərbaycana qayıdış yolunda addımlarımıza dəstək olmaq üçün ya­radılan “Qərbi Azərbaycan TV” internet televiziyasına sizlərin də dəstək olmasını xahiş edir, təqdim olunan çox maraqlı və baxımlı verilişləri aşağıdakı linklərdən iz­ləməyə dəvət edirik:

https://youtube.com/@QerbiAzer­baycanTV

https://twitter.com/qerbiazetv?t=Ee­eLyGJusWT_OZygDiHfKA&s=08

https://www.facebook.com/profile.php?id=100095259673458

https://instagram.com/qerbi.aze.tv?i­gshid=OGQ5ZDc2ODk2ZA==

https://www.tiktok.com/@qerbi.aze.tv?_t=8eQZu0Kh0Zb&_r=1

– deyə məlumatda bildirilib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər