FHN-in Cənub Regional Mərkəzində təlim

post-img

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vər­dişlərinin daha da təkmilləşdirilməsi olub.

Təlimdə FHN-in Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri iştirak ediblər.

Şərti olaraq baş vermiş suda boğulma hadisəsi zamanı xilasedicilər zərərçək­mişləri “xilas edərək” ilkin yardım göstə­rib, habelə “suda boğulmuş şəxsin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.

Səadət RZAYEVA, “Xalq qəzeti”

Son xəbərlər