Astaraçay üzərində yeni avtomobil körpüsü salınır

post-img

Azərbaycanla İran arasında Astara­çay üzərində yeni avtomobil körpüsünün tikintisinin başa çatdırılması və yaxın 4 ay ərzində istismara verilməsi barədə ra­zılığa gəlinib.

Bu barədə Azərbaycan Respublikası­nın Baş nazirinin müavini Şahin Musta­fayev və İranın Yol və şəhərsalma naziri Mehrdad Bəzirpaş arasında telefon danışı­ğında razılığa gəlinib.

Ş.Mustafayev bu yaxınlarda İranın sər­hədyanı Astara şəhərində keçirilən görüşə toxunaraq, mütəmadi olaraq yüksək səviy­yədə görüşlər keçirildiyini açıqlayıb. O, həmçinin İranın yol və şəhərsalma nazirini Tehran və Bakı arasında əlaqələrin inkişafı üçün Azərbaycana səfərə dəvət edib.

“Xalq qəzeti”

Son xəbərlər