Suvarma kəməri şəbəkəsi genişlənir

post-img

Azərbaycanda bu ilin ilk yarısında 24,5 kilometr suvarma məqsədli boru kəməri çəkilib.

“Azərbaycan Meliorasiya və Su Təsər­rüfatı” ASC-nin məlumatına görə, hesabat dövründə ölkədə 62,4 kilometr suvarma kanalı və 71 kilometr kollektor-drenaj şə­bəkəsi tikilib, yenidən qurulub və bərpa edilib. 

Suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə ölkə üzrə 933 ədəd hidrotex­niki qurğu, 2 min 353 ədəd subartezian quyusu və 119 ədəd nasos stansiyası təmir edilib.

Xatırladaq ki, respublikamızda əkin sahələrini suvarma suyu ilə təmin edən kanalların təxminən 70 faizi torpaq məc­ralıdır.

“Xalq qəzeti”

İqtisadiyyat