Makron arzu etdiyi beynəlxalq sammitə dəvət edilməyib

post-img

Bu, onun dünyada nüfuzdan düşməsinin göstəricisidir

Fransa Prezidenti Emmanuel Makron BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) sammitində dəvət edilməyib. BRICS-in sədri kimi CAR Prezidenti Siril Ramaposa 70 ölkə­nin liderinə dəvət göndərib. Ancaq onla­rın arasında sammitdə iştirak etməyə nail olmaq istəyən Fransa Prezidenti yoxdur. Prezident Emmanuel Makron Cənubi af­rikalı həmkarından onun sammitə dəvət olunmasını xahiş etmişdi. ABŞ və Böyük Britaniya liderləri də sammitə dəvət olun­mayıb.

Qeyd edək ki, BRICS sammiti 22–24 avqust tarixlərində Yohannesburqda Sandton Konfrans Mərkəzində keçirilə­cək.

“Xalq qəzeti”

Son xəbərlər