Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının nümayəndə heyətinin üzvü – Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov parlament seçkilərini müşahidə etmək məqsədilə Kamboca Krallığına səfər edib.
Səfər çərçivəsində ICAPP missiyasının üzvləri bir sıra görüşlərdə və seçki prosesinin müşahidəsində iştirak ediblər. Onları Krallığın Baş naziri, Kamboca Xalq Partiyasının prezidenti Hun Sen qəbul edib. Sonra nümayəndə heyəti FUNCİNPEC Partiyasının prezidenti, kral ailəsinin üzvü Norodom Çakravut və “Grassroots” Demokratik Partiyasının rəhbəri Yeng Virakla da görüşüblər.
“Xalq qəzeti”