BMT-nin rezident əlaqələndiricisi postmünaqişə dövrü barədə məlumatlandırılıb

post-img

Dünən xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

Ceyhun Bayramov BMT Baş As­sambleyası çərçivəsində sentyabrın 18–19-da təşkil olunacaq DİM Sammitinin dayanıqlı inkişaf gündəliyinin icrasının mövcud vəziyyətinin təhlili baxımından əhəmiyyətini qeyd edib. 

Nazir postmünaqişə dövründə bölgə­də mövcud vəziyyət, işğaldan azad olun­muş ərazilərdə aparılan, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan yenidənqurma işləri, yaşıl enerji zona­sının yaradılması istiqamətində atılan addımlardan bəhs edib. Ermənistan tərə­findən hərbi-siyasi təxribatların və mina təhdidinin davam etdirilməsinin sülh səy­lərinə xələl gətirdiyi bildirilib. 

Rezident əlaqələndirici VladankaAndreyeva Azərbaycan tərəfindən DİM-in təşviqi istiqamətində görülən iş­lərin əhəmiyyətli olduğunu vurğulayıb. Ölkəmizin BMT və onun ixtisaslaşmış qu­rumları ilə əməkdaşlığından məmnunluq ifadə olunub.



Son xəbərlər