Baş prokuror Tovuz rayonunda vətəndaşlarla görüşüb

post-img

Dünən Baş prokuror Kamran Əliyev Tovuz Rayon Prokurorluğunun inzibati binasında Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və digər rayonlardan olan vətəndaşlarla görüşüb.

Qəbulda iştirak edən 27 nəfər vətən­daşın müraciətində konkret cinayət işləri­nin istintaqı və törədilmiş cinayətlər barə­də məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məh­kəmədə baxılan cinayət işləri üzrə döv­lət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələr, habelə sosial problemlərlə bağlı qaldırdığı məsələlərin operativ həlli üçün müvafiq göstərişlər verilib.

Həmçinin Baş prokuror “Elektron pro­kurorluq” informasiya sisteminin fəaliyyə­ti ilə yerində tanış olub, müzakirələr apa­rılmaqla müvafiq göstərişlər verib.

 

Son xəbərlər