Qonaqlar qala şəhərin tarixi məkanlarında

post-img

Azərbaycan milli mətbuatının 148 illiyi münasibətilə keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun iştirakçıları Şuşa şəhərinin tarixi məkanları və təbiət gözəllikləri ilə tanış olublar.

Qonaqlar əvvəlcə Şuşa qala divar­larını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bil­dirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müd­dət şəhəri xarici müdaxilələrdən qoru­yub, alınmazlıq və qeyrət rəmzi olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğal­dan azad edildikdən sonra qalada tə­mir-bərpa işləri aparılıb.

Sonra qonaqlar Azərbaycanın ta­nınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanına gəliblər. Onlara şəhər və güllələnmiş heykəllərin bəlalı tarixçəsi barədə məlumat verilib. 

Forum iştirakçıları Şuşada Xurşid­banu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, Yuxarı Gövhər Ağa məscidi, Mehmandarov­ların malikanə kompleksi və Qazançı kilsəsində də olublar. Gəzinti zamanı işğal dönəmində mədəniyyət abidələ­rimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxta­laşdırılması barədə də bilgiləndiriliblər. 

Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyas­lı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl simasının, tarixi və mədə­niyyət abidələrinin bərpasına start ve­rilib. Qeyd olunub ki, tarixi, dini və me­marlıq abidələrinin bərpa və yenidən qurulmasında Heydər Əliyev Fondu yaxından iştirak edir. 

Sonda Cıdır düzünə gələn qonaq­lar buradan açılan möcüzəli mənzərəni – Şuşa kanyonunu seyr ediblər. Şuşa şəhəri ilə tanışlıq hər kəsdə zəngin təəssürat yaradıb.

Axşam Forum iştirakçılarına qa­la-konsert proqramı təqdim olunub. 

“Xalq qəzeti”



Son xəbərlər