“Azərişıq” ASC-nin sədri vətəndaşları qəbul edib

post-img

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.

Qəbul zamanı qurumun fəaliyyət is­tiqamətlərinə uyğun olan müvafiq mü­raciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı təd­birlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına gön­dərilib.

Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azər­baycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Qəbuldan sonra “Azərişıq” ASC-nin rəhbərliyi Ağdam Konqres Mərkəzində re­gional idarə rəhbərləri ilə toplantı keçirib. Prezident İlham Əliyevin iştirakı ilə işğal­dan azad olunmuş ərazilərdə təməli qoyu­lan obyektlərdə elektrik təsərrüfatının və şəbəkənin yenidən qurulması istiqamə­tində işlərə nəzarət daha da gücləndirilib.

Son xəbərlər