Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Neftçilər küçəsində vətəndaşa məxsus fərdi yaşayış evinin yenidən qurulması zamanı təsdiq olunmuş layihədən kənara çıxılmaqla mansard mərtəbəsinin tikintisinin həyata keçirildiyi müəyyənləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində layihədən kənara çıxılmaqla inşa olunan mansard mərtəbəsinin tikintisi dayandırılıb və mərtəbə sökülüb.
Nazirlik tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
“Xalq qəzeti”

