Nazir müavini vətəndaş qəbulu keçirib

post-img

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Masallı şəhərində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirlikdən bildiriblər ki, qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inki­şafı, o cümlədən güzəştli kreditlərin veril­məsi, vergi inzibatçılığı, infrastruktur və s. məsələlərlə bağlı olub. 

İqtisadiyyat Nazirliyinin aidiyyəti struk­tur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müra­ciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı izahat verilib, araşdırma tələb edən müraciətlər isə qa­nunvericiliyin tələblərinə uyğun qısa müd­dətdə baxılması üçün qeydiyyata alınıb.

Nazir müavini Sahib Ələkbərov Ma­sallı Sənaye Məhəlləsində taxta məmulat­ları, mətbəx və uşaq mebeli, xovlu xalça, qadın və kişi üst geyimləri, döşək və me­tal yay hissələri istehsalı müəssisələrinin fəaliyyəti ilə də tanış olub.

“Xalq qəzeti”

Son xəbərlər