Baş Prokurorluq Milli Mətbuat Gününü qeyd etdi

post-img

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, habelə Milli Mətbuat Günü münasibətilə iyulun 20-də Baş Prokurorluq tərəfindən təntənəli tədbir təşkil edilib.

Baş prokuror Kamran Əliyev əsası 148 il əvvəl – 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan bəhs edib.

Diqqətə çatdırılıb ki, milli mətbuatımızın sonrakı inkişafı Ulu öndərlə bağlıdır. Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mediamızın inkişaf tarixində yeni mərhələ açıb. Baş prokuror bu gün ölkəmizdə müstəqil, güclü, dövlətçilik ənənələrinə bağlı medianın inkişafının prioritet vəzifələrdən biri olduğunu vurğulayıb.

Tədbir iştirakçıları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təq­dimatında ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar "Sən elə bir zirvəsən!.." musiqili-tarixi essesini iz­ləyib.



Son xəbərlər