Dövlət Sərhəd Xidməti jurnalistləri təbrik etdi

post-img

22 İyul Milli Mətbuat Günü münasibətilə Dövlət Sərhəd Xidmətində tədbir keçirilib. 

Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-polkovnik Elçin Quliyev toplaşan­ları Milli Mətbuat Günü münasibətilə təbrik edib, Dövlət Sərhəd Xidmətinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin inkişafından məmnunluq ifadə edib, faydalı əməkdaşlığın bun­dan sonra da uğurla davam edəcəyinə əminlik bildirilib. 

Sonda Dövlət Sərhəd Xidməti rəisi­nin əmrinə əsasən, mətbuat sahəsində əməkdaşlığa verdiyi töhfələrə görə bir qrup KİV və əməkdaşları medal və fəx­ri fərmanlarla təltif edilib.

Təltif olunanlar arasında “Xalq qə­zeti” də var.

Son xəbərlər