Xarici İşlər Nazirliyi, Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici jurnalistlərin “qara siyahı”dan çıxarılması ilə bağlı bəyanat yayıb.
Bəyanat iyulun 19-da XİN, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası tərəfindən birgə keçirilən mətbuat konfransında qəbul edilib.
Bu il, məhz “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycanda milli mətbuatın yaranmasının 148 illiyində Azərbaycan tərəfi keçmiş işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş 58 xarici media nümayəndəsinin adlarının bu siyahıdan çıxarılmasına dair qərar qəbul edib. Beləliklə, adları siyahıya daxil olunan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmasına qoyulan qadağa aradan qaldırılıb.
“Xalq qəzeti”

