QMİ-nin Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciəti

post-img

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə, Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2023-cü il iyul ayının 19-na, Aşura günü isə iyul ayının 28-nə təsadüf edir.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiy­yətli nümayəndələrinin Məhərrəm ayı­nın başlanması ilə əlaqədar dünənki müraciətində bildirilib.

Müraciətdə deyilir: “Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istər­dik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetir­mək, qan çıxarmaq, qurşağadək so­yunaraq sinə vurmaq və sair dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayən­dələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini mə­rasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasim­ləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gə­tirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributla­rın istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir. Özəlliklə, son zamanlar koronavirusun yenilənmə təhlükəsini nəzərə alaraq məhərrəmlik ayının ayinləri tibbi-profi­laktik qaydalara uyğun olmalıdır”.

Son xəbərlər