Neçirvan Bərzani Heydər Əliyev Mərkəzində və İçərişəhərdə olub

post-img

İyulun 18-də Azərbaycana işgüzar səfəri çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Heydər Əliyev Mərkəzi ilə tanış olub.

Mərkəzin direktorunun birinci müavini Fərqan Novruzov qonağa dünya memar­lığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.

Qeyd olunub ki, Mərkəzin fəaliyyə­ti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin hə­yata keçirdiyi layihələr Azərbaycan tarixi­nin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.

***

Neçirvan Bərzaninin rəhbərlik etdiyi nümayəndə heyəti İçərişəhərlə də tanış olub.

Gəzinti zamanı qonaqlara UNESCO-nun Dünya Mədəni İrsi Siya­hısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə mə­lumat verilib. 

İçərişəhərlə tanışlıq iraqlı qonaqlarda xoş təəssürat yaradıb.

***

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbayca­na işgüzar səfərə gəlib. Səfər həmin gün başa çatıb.

Heydər Əliyev Beynəlxalq Aeroportun­da qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini hava limanında Azər­baycan Respublikası Baş nazirinin müavi­ni Əli Əhmədov, digər rəsmi şəxslər qarşı­layıb və yola salıblar.

“Xalq qəzeti”



Son xəbərlər