Söyüdlü ilə bağlı kompleks təkliflər hazırlanıb

post-img

Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə ölkə Prezidentinin tapşırığı və Azərbaycan Respublikası Baş nazirinin 2023-cü il 21 iyun tarixli sərəncamı ilə yaradılmış Komissiya tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələri əsasında mövcud vəziyyət təhlil edilib, sağlamlıq, təhlükəsizlik, ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı kompleks təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Bu barədə Gədəbəy rayonu­nun Söyüdlü kəndində monito­rinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış komissi­yanın məlumatında bildirilib: 

“Nəticələr göstərib ki, ərazi­də fəaliyyət göstərən müəssisə tərəfindən təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntula­ra yol verilib, istismar və tikinti prosesində müvafiq icra orqan­larının razılığı alınmayıb. Bu səbəbdən hazırlanmış təkliflər paketində müəssisənin fəaliyyə­tinin müvəqqəti dayandırılması haqqında qərar verilib. 

Hazırlanan təkliflər planına beynəlxalq şirkətlərin iştirakı ilə ərazidə ekoloji auditin aparılma­sı, tullantı anbarının reabilitasiya və rekultivasiya planının hazır­lanması, mövcud tullantı anbarı və bəndinin dayanıqlılığının yox­lanılması, ətraf mühitin sağlam­laşdırılması tələblərinin tam ola­raq yerinə yetirilməsi məsələləri daxil edilib.

Həmçinin istehsalatda müa­sir texnologiyaların tətbiqi şərtilə, şirkətin sonrakı fəaliyyətini da­vam etdirməsi də təkliflər planı­na əlavə olunub. Yerli icmalarla münasibətlərin yaxşılaşdırılma­sı, Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin həyata keçirilməsi də istismarçı şirkətin qarşısında qoyulan məsuliyyət­lər sırasındadır.

Bu gün Gədəbəy rayonun­da komissiyanın növbəti iclası keçirilib, istismarçı şirkətin nü­mayəndələri ilə görüş olub, sağ­lamlaşdırma proqramında əks olunan təkliflər paketi ətrafında müzakirələr aparılıb. Daha son­ra kənd sakinləri ilə görüş təşkil edilib, onlara komissiyanın gör­düyü işlər barədə məlumatlar verilib”.

“Xalq qəzeti”

Son xəbərlər