Baş nazirin müavini Əli Əhmədov dünən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının (ICCIA) rəhbərləri ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iyulun 17-18-də Bakıda keçirilən ICCIA Direktorlar Şurasının 35-ci iclası ilə bağlı ətraflı müzakirələr aparılıb və gələcəkdə ölkəmizin bütün İslam dünyası üçün ticarət və investisiya baxımından diqqət mərkəzinə çevrilməsinin vacibliyi xüsusilə qeyd edilib.
Azərbaycanda aparılan iqtisadi, struktur və institusional islahatlar, həmçinin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması məqsədilə görülən tədbirlərdən danışılıb.
“Xalq qəzeti”