Rusiya dost olmayan Qərb ölkələrinin ofşor şirkətlərini “qara siyahı”ya salıb

post-img

“INTERFAX.RU” agentliyinin məlumatına əsasən, Rusiya Maliyyə Nazirliyi dost olmayan Qərb ölkələrinin ofşor şirkətlərini “qara siyahı” daxil edib. Bununla da iyul ayından etibarən siyahı 40-dan 91-ə yüksəlib. Beləliklə, vergitutma üçün güzəştli vergi rejimini reallaşdıran və maliyyə əməliyyatları həyata keçirərkən məlumatların açıqlanması, habelə təqdim edilməsini gerçəkləşdirməyən dövlətlərin və ərazilərin siyahısı iki dəfədən çox artırılıb.

Bu barədə nazirliyin rəsmi hüquqi informasiya portalında dərc edilmiş 5 iyun 2023-cü il tarixli əmrində məlumat verilib.

Yenilənmiş siyahıya Aİ ölkələri, Böyük Britaniya, İsveçrə, ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Sinqapur, Tayvan, Avstraliya və Yeni Zelandiya daxildir.

“Xalq qəzeti”

Son xəbərlər